Erməni ekspert Aİ-də Ukrayna ilə bağlı ciddi fikir ayrılıqlarından danışıb
Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov bildirib ki, Macarıstan baş naziri Viktor Orban və Ukrayna prezidenti Volodimir Zelenski arasında yaranan son gərginlik Ai-də Ukrayna məsələsi üzrə fikir ayrılıqlarının davam etdiyini bir daha nümayiş etdirir.
Crossmedia.az "Sputnik Armenia"-ya istinadən xəbər verir ki, Şarmazanovun sözlərinə görə, Şərqi Avropanın bütün ölkələri Kiyevin hazırkı siyasətini dəstəkləmir və xüsusilə də öz təhlükəsizlik vizyonuna malik olan Macarıstan bu məsələdə daha ehtiyatlı davranır. O qeyd edib ki, Avropada antirusiya xəttinin monolit olduğu barədə təsəvvür gerçəkliyi tam əks etdirmir.
APRI Armenia mərkəzinin eksperti Beniamin Poqosyan isə hesab edir ki, bir çox Avropa dövlətləri Ukraynanın Avropa İttifaqı üzvlüyünü hazırkı mərhələdə real saymır. Onun fikrincə, Kiyevin hazırkı vəziyyəti üzvlük üçün uyğun deyil, lakin bütün məsuliyyətin yalnız Orban üzərinə qoyulması siyasi cəhətdən daha əlverişli hesab olunur.
Ukraynanın yaxın vaxtlarda, hətta münaqişə dondurulduqdan sonra belə Aİ-yə üzv olacağı barədə fikirlər təkcə Macarıstan üçün yox, digər bir çox dövlətlər üçün də real görünmür.
Bu vəziyyət, onun sözlərinə görə, Zelenski ilə Orban arasında münasibətlərin gərginləşməsinin Aİ daxilindəki dərin siyasi ziddiyyətləri üzə çıxardığını göstərir.
21:55 15.02.2026
Oxunuş sayı: 529