İran prezidenti Pezeşkian: “Cəmiyyətdə böyük yara var, onu sağaltmalıyıq”
Fevralın 13-də Gülüstan əyalətində keçirilən görüşdə İran prezidenti Məsud Pezeşkian milli birlik və həmrəylik çağırışı edib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Pezeşkian cəmiyyətdə parçalanmanın qarşısının alınmasının vacibliyini vurğulayıb: “Şeytan bizi aldatmamalıdır. Biz birlikdəyik – kürd, türk, lor, ərəb, bu ölkədə yaşayan hər kəs, hansı rəng və irqdən olursa-olsun”.
Prezident bildirib ki, ölkədə qarşıdurma deyil, əməkdaşlıq və qarşılıqlı anlayış vacibdir. O əlavə edib ki, mövcud problemləri aradan qaldırmaq üçün birlikdə hərəkət etmək lazımdır.
Cəmiyyətdə yaranmış “böyük yara”nın sağaldılmasının zəruri olduğunu qeyd edən Pezeşkian, bu yaraları görməməzlikdən gəlməyin və ya daha da dərinləşdirməyin təhlükəli olduğunu vurğulayıb.
21:35 15.02.2026
Oxunuş sayı: 793