İran ABŞ-a xəbərdarlıq etdi: “Müharibənin ağır nəticələri olacaq”
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdürrəhim Musəvi ABŞ Prezidenti Donald Trampın İrana qarşı səsləndirdiyi bəyanatları kəskin tənqid edib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Musəvi bildirib ki, özünü fövqəldövlətin prezidenti kimi təqdim edən şəxsin bu cür fikirləri prezident statusuna uyğun deyil və heç bir məna daşımır. Onun sözlərinə görə, Tramp İrana qarşı mümkün hərbi addımların nəticələrini düzgün qiymətləndirməlidir.
İranlı general əlavə edib ki, ABŞ prezidenti belə bir qarşıdurmaya gedərsə, bu, onun üçün ciddi dərs olacaq və müharibənin nəticələri Trampı dünya miqyasında gərginlik yaratmaq siyasətindən çəkindirməlidir.
21:07 15.02.2026
Oxunuş sayı: 526