Naxçıvanda şahmat birinciliyi keçirilir
Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Şahmat Mərkəzində 8-18 yaşlı şahmatçılar arasında birinciliyə start verilib.
Crossmedia.az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən bildirilib ki, ️fevralın 7-dək davam edəcək yarışda 6 fərqli yaş qrupunda 100-ə yaxın oğlan və qız şahmatçı iştirak edir.
İsveçrə sistemi üzrə keçirilən birincilikdə ilk 3 yeri tutan şahmatçılar mart ayında təşkil olunacaq 8–18 yaşadək şahmatçılar arasında Azərbaycan çempionatında iştirak hüququ qazanacaqlar.
Qeyd edək ki, bir neçə ildir muxtar respublikada bu yaş kateqoriyası üzrə birincilik keçirilmirdi.(AZƏRTAC)
20:55 03.02.2026
Oxunuş sayı: 430