Epşteyn qalmaqalı böyüyür: Ankara Baş Prokurorluğu işə qarışdı
Ankara Baş Prokurorluğu uşaqların Türkiyədən ABŞ-li maliyyəçi Cefri Epşteynlə əlaqəli adaya aparıldığı iddiaları ilə bağlı araşdırma başladıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Almaniyanın "DW" nəşri məlumat yayıb.
Məlumata görə, ABŞ Ədliyyə Nazirliyi tərəfindən son günlərdə açıqlanan Epşteynə aid yeni sənədlər Türkiyə hüquq-mühafizə orqanları tərəfindən diqqətlə araşdırılacaq.
Prokurorluq iddiaların həqiqətə uyğun olub-olmadığını müəyyənləşdirmək, mümkün insan alveri və yetkinlik yaşına çatmayanların istismarı ilə bağlı hər hansı faktın mövcudluğunu araşdırmaq niyyətindədir.
17:28 03.02.2026
Oxunuş sayı: 707