Atəşkəs pozularsa, ABŞ-nin 72 saatlıq hərbi cavab planı var
Atəşkəsin pozulacağı halda ABŞ 72 saat ərzində Rusiya ilə müharibəyə başlaya bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.

Bu müddəa Ukrayna ilə Qərb ölkələri arasında razılaşdırılmış hərbi cavab planına daxil edilib.
Məlumata əsasən, sözügedən plan atəşkəs razılaşmasının icrasını təmin etmək və mümkün pozuntulara qarşı sürətli və koordinasiyalı cavab mexanizmi formalaşdırmaq məqsədi daşıyır.
Qeyd olunur ki, bu ssenari Qərbin təhlükəsizlik strategiyasında ciddi eskalasiya riski yaradan bəndlərdən biri kimi qiymətləndirilir.
15:22 03.02.2026
Oxunuş sayı: 395