Rusiya rəsmisi Qərbə xəbərdarlıq etdi
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib ki, əgər Rusiyanın mövcudluğu təhlükə altına düşərsə, Moskva nüvə silahlarından istifadə imkanını istisna etmir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Medvedev vurğulayıb ki, bu cür silahların tətbiqi bütün bəşəriyyət üçün fəlakətli nəticələrə səbəb ola bilər. Onun sözlərinə görə, nüvə silahı son dərəcə dağıdıcı xarakter daşıyır və bu amil beynəlxalq siyasətdə xüsusi məsuliyyət tələb edir.
Rusiya rəsmisi qeyd edib ki, Moskvanın mövqeyi müdafiə xarakteri daşıyır və ölkənin təhlükəsizliyi ilə bağlı “qırmızı xətlər”in aşılması ciddi nəticələr doğura bilər.
12:50 03.02.2026
Oxunuş sayı: 503