İŞİD uran anbarını hədəf aldı
İŞİD-Sahel qruplaşması yanvarın 29-da Nigerin paytaxtında yerləşən "Niamey Hava Limanı"na və 101 saylı Hava Bazasına koordinasiyalı hücum təşkil edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hücum İŞİD-Sahel üzvləri tərəfindən həyata keçirilib və Rusiyanın hərbi mütəxəssisləri ilə Niger ordusunun birgə fəaliyyəti nəticəsində dəf edilib.
Məlumata görə, terrorçular artilleriya qurğuları, RPG-lər, partlayıcı maddələr, minaatanlar və pilotsuz uçuş aparatlarından istifadə edərək anqarlar və təyyarə dayanacaqlarına qısa müddətlik daxil olublar. Hücum zamanı həm hərbi, həm də mülki infrastruktura ziyan dəyib.
İlkin zərər qiymətləndirmələrinə əsasən, Türkiyə istehsalı Hürkuş-C təyyarəsi, Diamond DA42, Mi-171Sh helikopteri, eləcə də "ASKY Airlines"ə məxsus iki Boeing 737 və Air Côte d'Ivoire şirkətinə aid bir Airbus A319 təyyarəsi zərər görüb.
Təhlükəsizlik mənbələrinin bildirdiyinə görə, hücumun əsas hədəflərindən biri hava limanı ərazisində saxlanılan min ton xam uran ehtiyatı olub. Niger hakimiyyəti hadisə nəticəsində Fransa vətəndaşı da daxil olmaqla 4 əsgərin həlak olduğunu, təxminən 20 İŞİD silahlısının isə zərərsizləşdirildiyini açıqlayıb.
Rəsmi Niamey hücumun dəf edilməsində göstərilən yardıma görə Rusiya qüvvələrinə təşəkkür edib, eyni zamanda Fransanı hadisədə dolayı iştirakda ittiham edib. Hadisə ilə bağlı araşdırmalar davam edir.
12:45 03.02.2026
Oxunuş sayı: 630