İranla Ermənistan arasında planlaşdırılan aviareyslər ləğv olunub.
Crossmedia.az bu barədə erməni mediasına istinadən xəbər verir.
İrəvan hava limanının onlayn uçuş məlumat lövhəsində Tehrandan İrəvana nəzərdə tutulan iki uçuşun baş tutmayacağı bildirilib.
Məlumata görə, reyslər İranın "Fly Kish" və "Armenia Airways" aviaşirkətləri tərəfindən həyata keçirilməli idi. Lakin reyslərin ləğvi ilə bağlı hələlik rəsmi qurumlar tərəfindən açıqlama verilməyib.
Qərarın səbəbi açıqlanmadığından, uçuşların texniki, kommersiya və ya regional təhlükəsizlik amilləri ilə bağlı dayandırıldığı məlum deyil.