Epşteyn qalmaqalı: ABŞ siyasətinin qaranlıq tərəfi üzə çıxdı
FTB tərəfindən açıqlanan materiallar klassik bir cinayət işindən daha çox Markiz de Sad romanının davamını xatırladır. Lakin məsələ təkcə şok yaradan detallar deyil. Bu sənədlər ABŞ siyasəti və hüquq sistemində ikili standartların necə işlədiyini açıq şəkildə nümayiş etdirən simvola çevrilib.
Crossmedia.az xəbər verir ki, bu barədə erməni köşə yazarı Arman Abovyan deyib.
Abovyan vurğulayır ki, Epşteyn faylları, 2008, 2019, 2021–2024-cü illərə aid məhkəmə qərarları, eləcə də sanksiyaların seçmə şəkildə tətbiqi Qərb dünya nizamının əsas sütunlarından birini sarsıdıb:
“Qanun hamı üçün bərabərdir və hamı qanun qarşısında eynidi”.
Onun qənaətinə görə, bu prinsip faktiki olaraq itirilib. Belə bir şəraitdə Qərbin özünə aid etmədiyi qaydaları başqalarından tələb edərək arbitr rolunda çıxış etməsi legitimliyini itirir.
Epşteyn işi yetkinlik yaşına çatmayanların alveri və cinsi istismarı ilə bağlı ittihamlarla gündəmə gəlmiş amerikalı maliyyəçi ətrafında formalaşan, yüksək səviyyəli qalmaqaldır. İş materiallarında müxtəlif illərdə onlarla nüfuzlu şəxsin adının çəkilməsi iddiaları yer alır. Bu kontekstdə məsələ yalnız fərdi cinayət faktlarından ibarət deyil; söhbət sistemin özünün necə işləməsindən gedir.
Abovyanın yazısında əsas sual belə qoyulur:
Əgər qanun həqiqətən hamı üçün eynidirsə, niyə illərdir bu işdə siyasi və institusional toxunulmazlıq təəssüratı yaranır? Və əgər ədalət seçici davranırsa, onun moral üstünlüyü haradan qaynaqlanır?
23:35 02.02.2026
Oxunuş sayı: 422