NATO baş katibinin gəlişi Kiyevdə nəqliyyatı iflic edə bilər
NATO-nun baş katibi Mark Ruttenin Kiyevə səfəri ilə əlaqədar olaraq sabah paytaxtın mərkəzində təhlükəsizlik tədbirləri gücləndiriləcək.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, yüksək səviyyəli səfərlə bağlı olaraq Kiyevin mərkəzi hissəsində naviqasiya sistemlərinin müvəqqəti olaraq sıradan çıxması və nəqliyyatın hərəkətinin dayandırılması ehtimal olunur.
Bu tədbirlər təhlükəsizlik risklərinin minimuma endirilməsi məqsədi daşıyır. Bildirilib ki, Ruttenin Ukrayna Ali Radasında çıxış etməsi də planlaşdırılır.
Onun səfəri çərçivəsində Ukrayna rəhbərliyi ilə təhlükəsizlik, hərbi əməkdaşlıq və NATO–Ukrayna münasibətlərinin gələcək perspektivlərinin müzakirə olunacağı gözlənilir.
Rəsmi qurumlar vətəndaşlara mümkün hərəkət məhdudiyyətlərini nəzərə almağı və alternativ marşrutlardan istifadə etməyi tövsiyə ediblər.
23:20 02.02.2026
Oxunuş sayı: 559