ABŞ Hindistana güzəşt edir, hədəf Ukraynada müharibəni bitirməkdir
ABŞ Prezidenti Donald Tramp Hindistanın Rusiya neftini almağa məcbur ediləcəyini açıqlayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Onun sözlərinə görə, bu addım Ukraynadakı müharibənin sona çatmasını sürətləndirə və minlərlə insanın həyatını xilas edə bilər.
Tramp bildirib ki, Vaşinqton münaqişənin bitməsi üçün yeni iqtisadi və siyasi alətlərdən istifadə edir.
Hindistanın enerji siyasəti bu strategiyanın əsas elementlərindən biridir.
Eyni zamanda ABŞ administrasiyası Hindistan üçün qarşılıqlı tarifləri 25 faizdən 18 faizə endirməyi planlaşdırır.
22:45 02.02.2026
Oxunuş sayı: 555