İŞİD terror qruplaşmasının Nigerin paytaxtı Niameydə yerləşən hava limanına hücumu zamanı Türkiyə istehsalı olan hərbi təyyarəyə ziyan vurulub.
Crossmedia.az xəbər verir ki, bu barədə "Yeni Şafak" nəşri məlumat yayıb.
Məlumata görə, İŞİD silahlıları türk şirkətinin idarə etdiyi hava limanına hücum edərək Türkiyə istehsalı olan HÜRKUŞ-C döyüş təlim təyyarəsinə atəş açıblar. Hücum nəticəsində, həmçinin mülki helikopterlərə və yüngül təyyarələrə də ziyan dəyib. Terrorçuların hava limanının fəaliyyətini müvəqqəti olaraq pozmağa nail olduqları bildirilir.
Qeyd olunur ki, hücumu həyata keçirən şəxslər daha sonra Afrika Korpusu tərəfindən aşkar edilib və zərərsizləşdiriliblər.
Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən araşdırma aparıldığı, təhlükəsizlik tədbirlərinin isə gücləndirildiyi bildirilib.