ABŞ Prezidenti Donald Tramp İranla bağlı mümkün hərbi ssenarilər barədə məlumatlandırılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.
Məlumata görə, təqdim olunan variantlar arasında rejimə və SEPAH-a qarşı genişmiqyaslı hava zərbələrini nəzərdə tutan “iri” plan da yer alır.
Bununla yanaşı, digər seçimlər daha məhdud və simvolik zərbələrdən başlayaraq, İran bank sektoruna qarşı kiberhücumlar və ya sanksiyaların daha da sərtləşdirilməsini əhatə edir.
Mənbə bildirir ki, Ağ Ev regionda vəziyyətin inkişafını diqqətlə izləyir və hərbi, iqtisadi və kiber alətləri əhatə edən müxtəlif ssenarilər üzərində müzakirələr davam edir.