Aİ Yaxın Şərqdə yeni müharibənin başlanmasına qarşı çıxır
ABŞ-nin İrana mümkün hərbi zərbələri ilə bağlı müzakirələr fonunda Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Yaxın Şərqdə gərginliyin daha da artmasının yolverilməz olduğunu bəyan edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, regionun yeni bir müharibəyə ehtiyacı yoxdur və diplomatik səylər prioritet olaraq qalmalıdır.
Kallas, həmçinin SEPAH-ın terror təşkilatı kimi tanınması məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, bu qərar ABŞ Prezidenti Donald Trampın İrana zərbə endirmək ehtimalını dəstəkləmək məqsədi daşımır. Əksinə, addım terror təşkilatları ilə istənilən fəaliyyətin və ya qarşılıqlı əlaqənin cinayət məsuliyyəti yaratmasını təmin etməyə yönəlib.
Aİ rəsmisi vurğulayıb ki, Avropa İttifaqı gərginliyin azaldılması və siyasi dialoqun davam etdirilməsinin tərəfdarıdır.
09:17 30.01.2026
Oxunuş sayı: 443