İran Prezidenti Məsud Pezeşkianın təyyarəsi dünən axşam saatlarında Tehranın Mehrabad Hava Limanından Moskvaya yola düşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Flightradar24" məlumat yayıb.
Dövlət başçısına məxsus hava gəmisi paytaxtdan qalxdıqdan qısa müddət sonra Rusiya istiqamətində uçuşunu davam etdirib.
Bu fonda Rusiya Prezidenti Vladimir Putin cümə axşamı Moskvada BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşü zamanı Rusiyanın İrandakı vəziyyəti yaxından izlədiyini və yaranmış gərginliyi Tehranla müzakirə etmək niyyətində olduğunu bildirib.
Görüşdən təxminən bir saat əvvəl Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Trampın son bəyanatlarına toxunaraq, İranla ABŞ arasında danışıqlar üçün hələ də diplomatik imkanların mövcud olduğunu qeyd edib.