Demokratlar xəbərdarlıq edir: Güzəşt olmazsa, büdcə bloklanacaq
ABŞ-da demokratlar federal hökumətin maliyyələşdirilməsi ilə bağlı danışıqlarda hücuma keçib.
Yeni büdcə layihəsi fevralın 1-dək qəbul edilməlidir.
Crossmedia.az bu barədə "The Hill"-ə istinadən xəbər verir.
Demokratlar büdcəni dəstəkləmək üçün ABŞ prezidenti Donald Trampdan İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin səlahiyyətlərinin azaldılmasını və miqrasiya reydlərinin dayandırılmasını tələb edirlər.
Əks halda, demokratlar büdcə layihəsini bloklamaqla hədələyirlər.
Tərəflər arasında razılaşma əldə olunmasa, ABŞ federal hökuməti növbəti dəfə “shutdown” — fəaliyyətin qismən dayandırılması ilə üzləşə bilər.
02:30 30.01.2026
Oxunuş sayı: 439