Pezeşkian: İran diplomatiya seçir, təxribatlara cavabımız sərt olacaq
İran rəhbəri Məsud Pezeşkian Pakistanın Baş naziri Şahbaz Şərif və Qətər Əmiri Şeyx əl-Tani ilə ayrı-ayrı telefon danışıqları aparıb.
Crossmedia.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Danışıqlarda son regional hadisələr müzakirə olunub.
Pezeşkian İslam ölkələri arasında birliyin gücləndirilməsinin və gərginliyin azaldılması üçün diplomatik səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
O, əlavə edib: “Əgər ABŞ ,həqiqətən, diplomatiya axtarırsa, təxribatçı hərəkətlərini dayandırmalıdır. İran ləyaqətli dialoq və diplomatiya yolunu seçir, lakin özünü müdafiə etməkdən çəkinməyəcək.”
22:45 29.01.2026
Oxunuş sayı: 390