Tramp Meksika prezidentinə sevgi dolu sözlər deyib
ABŞ prezidenti Donald Tramp Meksikalı həmkarı Klaudiya Şeynbaumla telefon danışığından sonra onun gözəl və ağıllı olduğunu deyib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
"Meksikanın gözəl və çox ağıllı bir lideri var. Onlar buna çox sevinməlidirlər!", - deyə o, sosial şəbəkəsində yazıb.
Amerika liderinin sözlərinə görə, dialoq ABŞ və Meksika üçün son dərəcə uğurlu olub.
Tramp əlavə edib ki, söhbətin böyük hissəsi sərhəd məsələləri, narkotik qaçaqmalçılığı və ticarətə yönəlib.
22:10 29.01.2026
Oxunuş sayı: 346