24 ölkə Gürcüstanda insan haqları üzrə ekspert missiyası yaradır
ATƏT-ə üzv 24 ölkə Gürcüstanla bağlı ekspert missiyası yaradır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Qeyd olunub ki, Gürcüstanda insan haqları ilə bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq 24 ölkə ATƏT-in “Moskva mexanizmi”ni aktivləşdirib.
Faktaraşdırıcı missiya Gürcüstanla bağlı obyektiv və qərəzsiz hesabat və tövsiyələr hazırlayacaq. Birgə bəyanatda Gürcüstana əməkdaşlıqla və missiyanın işinə şəraitin yaradılması ilə bağlı çağırış yer alıb.
Sənədə Albaniya, Avstriya, Belçika, Bosniya və Herseqovina, Kanada, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Almaniya, İrlandiya, İslandiya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Moldova, Monteneqro, Niderland, Norveç, Sloveniya, Ukrayna, Böyük Britaniya və İsveç qoşulub.
20:45 29.01.2026
Oxunuş sayı: 841