Avropa İttifaqı İrana yeni sanksiyalar tətbiq edib
Avropa İttifaqı (Aİ) dron və raketlərin hazırlanması və istehsalında istifadə olunan əlavə komponentlərin və texnologiyaların Aİ ölkələrindən İrana ixracına, satışına, ötürülməsinə və ya təchizatına qoyulan qadağanın müddətini uzadıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Yeni sanksiyalar siyahısına həmçinin İranın ballistik raket proqramının əsas təşkilatı olan "Khojir Missile Development and Production" və İslam Respublikası Müdafiə Nazirliyinin ön cəbhəsi kimi fəaliyyət göstərən İranın idxal-ixrac şirkəti "Sahara Thunder" də daxildir.
Təşkilat Şurası həmçinin SEPAH-a vacib komponentlər tədarük edən və ya İranın raket proqramında iştirak edən təşkilatlarla əlaqəli digər özəl şirkətlərə də sanksiyalar tətbiq edir.
Bundan əlavə, Avropa ittifaqı ciddi cinayətlərlə əlaqədar daha 15 şəxsə və 6 təşkilata qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmək qərarına gəlib.
20:36 29.01.2026
Oxunuş sayı: 567