Moskva açıqladı: Təhlükəsizlik zəmanətləri barədə heç bir razılaşma yoxdur
Ukrayna üçün Rusiya ilə heç bir təhlükəsizlik zəmanəti barədə razılıq əldə edilməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
Uşakov Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı məlumatları şərh edərkən bildirib ki, bunu heç kim Rusiya ilə əlaqələndirməyib.
Bundan əlavə, o qeyd edib ki, ərazi məsələsi Rusiya-Ukrayna müharibəsinin həllində əsas məsələlərdən biridir.
20:00 29.01.2026
Oxunuş sayı: 519