Rusiya Buşehr AES-lə bağlı fövqəladə ssenariyə hazırdır
Rusiya zəruri hallarda İranın Buşehr Atom Elektrik Stansiyası(AES) ərazisindən təxliyə tədbirləri görməyə hazırdır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Rosatom” dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçev ABŞ-nin İrana mümkün zərbələri ilə bağlı sualları cavablandırarkən bildirib.
Lixaçevin sözlərinə görə, vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiya öz mütəxəssislərinin və obyektlə əlaqəli şəxslərin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri addımları atacaq.
Qeyd edək ki, ABŞ-nin ötən ilin iyun ayında İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra Tehran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə Buşehr AES-in hədəf alınmadığını rəsmi şəkildə bildirib.
Stansiya İranın cənub-qərbində, Fars körfəzi sahilində, Buşehr şəhəri yaxınlığında yerləşir.
Bu obyekt İranın, eləcə də bütün Yaxın Şərqin ilk nüvə elektrik stansiyası hesab olunur.
Gərginliyin artması fonunda stansiyanın təhlükəsizliyi beynəlxalq səviyyədə diqqət mərkəzində qalmaqda davam edir.
19:30 29.01.2026
Oxunuş sayı: 493