Köçəryan: Paşinyan kim idi ki?
Ermənistanın sabiq prezidenti Robert Köçəryan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən hazırkı baş nazir Nikol Paşinyanla bağlı diqqətçəkən açıqlama verib.
Crossmedia.az bu barədə erməni mediasına istinadən xəbər verir.
Köçəryan bildirib ki, prezidentliyi dövründə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Karlos Petrosyanla Nikol Paşinyan barədə heç vaxt hər hansı müzakirə aparılmayıb. Onun sözlərinə görə, həmin dövrdə Paşinyan siyasi fiqur kimi mövcud olmayıb.
“MTX direktoru Karlos Petrosyanla Nikol Paşinyan barədə heç vaxt söhbət olmayıb. Çünki o zaman Nikol Paşinyan adlı bir fenomen yox idi”, – deyə Köçəryan vurğulayıb.
Qeyd edək ki, Köçəryanın bu açıqlaması Ermənistan ictimaiyyətində və siyasi dairələrdə geniş müzakirələrə səbəb olub.
17:52 29.01.2026
Oxunuş sayı: 508