Rusiya və Ukrayna arasında həlak olan hərbçilərin cəsədlərinin növbəti mübadiləsi baş tutub
Rusiya və Ukrayna arasında həlak olmuş hərbçilərin cəsədlərinin növbəti mübadiləsi həyata keçirilib. Bu barədə Rusiya KİV-ləri Dövlət Dumasının deputatı Şamsail Saraliyevə istinadən məlumat yayıb.
Crossmedia.az-ın verdiyi məlumata görə, mübadilə çərçivəsində Rusiya tərəfi Ukraynaya 1 000 həlak olmuş hərbçinin cəsədini təhvil verib. Ukrayna isə Rusiyaya 38 cəsəd təqdim edib.
Qeyd edilib ki, tərəflər arasında cəsədlərin son mübadiləsi 2025-ci il dekabrın 19-da baş tutmuşdu. Həmin tarixdə Rusiya 1 003, Ukrayna isə 26 həlak olmuş hərbçinin cəsədini qarşı tərəfə vermişdi.
Hadisə Rusiya–Ukrayna münaqişəsi fonunda humanitar məsələlər üzrə məhdud əməkdaşlığın davam etdiyini göstərir.
14:49 29.01.2026
Oxunuş sayı: 641