Paşinyan Rusiyaya Sədərək-Yerasx dəmir yolu ilə bağlı müraciət edib
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya Sədərək-Yerasx dəmir yolu layihəsi ilə bağlı müraciət edib.
Crossmedia.az-ın yaydığı məlumata görə , o bildirib ki, regionda prosesləri dayandırmaq mümkün deyil və ümid edir ki, rusiyalı tərəfdaşlar layihənin icrasını gecikdirməyəcək. Paşinyan eyni yanaşmanın Axurik hissəsinə də aid olduğunu vurğulayıb:
“Əgər rusiyalı tərəfdaşlarımız bu investisiyaları həyata keçirmək istəməsələr, biz bu hissələri geri alacaq və hamısını özümüz həyata keçirəcəyik.”
Baş nazir layihənin vaxtında icrası və regional əməkdaşlıq baxımından önəmini qeyd edib.
14:29 29.01.2026
Oxunuş sayı: 399