ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyi, silahlı qüvvələri, nüvə obyektləri və dövlət müəssisələrinə qarşı hava hücumları variantlarını nəzərdən keçirir. Bu barədə crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Ağ Evə bu addımı atmaq üçün əlavə inam verən amillərdən biri Hind okeanında yerləşən USS Abraham Lincoln təyyarədaşıyanının mövcudluğudur.
Qərarın eskalasiyası ABŞ ilə İran arasında danışıqların uğursuzluğuna bağlıdır. The New York Times yazır ki, Tehran Vaşinqtonun tələblərini rədd edib: uranın zənginləşdirilməsini dayandırmaq, raket proqramını məhdudlaşdırmaq və Yaxın Şərqdə fəaliyyət göstərən proksi qruplara — o cümlədən HƏMAS, HİZBULLAH və Yəməndəki husilərə dəstəyini dayandırmaq tələblərinə əməl etməyib.