Rusiyanın beynəlxalq ehtiyatları rekord həddə
Rusiya Federasiyasının beynəlxalq ehtiyatları 763,9 milyard dollarlıq yeni rekord səviyyəyə çatıb.
Crossmedia.az İzvestiya-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı öz saytında məlumat verib .
Tənzimləyicinin veb saytına görə Rusiya Federasiyasının beynəlxalq ehtiyatları 763,9 milyard dolları təşkil edir.
Beləliklə, 19-26 dekabr tarixləri arasında keçirilən həftə ərzində ehtiyatların həcmi 11,3 milyard dollar artaraq əvvəlki 752,6 milyard dollarlıq rəqəmi üstələyərək yeni tarixi maksimuma çatıb.
20:02 13.01.2026
Oxunuş sayı: 1932