Naxçıvanda yeni tədris ilində 49 min şagird təhsil alacaq
2026-2027-ci tədris ilində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 49 min şagird təhsil alacaq.
Crossmedia.az xəbər verir ki, onlardan 23 640-ı qız, 25 358-i oğlandır.
Yeni tədris ilində məktəbəhazırlıq qruplarında 2 282 uşaq iştirak edəcək. Onların 1 127-si qız, 1 155-i oğlandır.
Eyni zamanda, birinci sinfə 3 603 şagird qəbul olunub. Onlardan 1 698-i qız, 1 905-i oğlandır.(Report)
22:01 14.09.2026
Oxunuş sayı: 46