Rusiya Trampın enerji obyektləri ilə bağlı razılaşma açıqlamasını təkzib edib
Rusiyanın Dövlət Dumasının deputatı Andrey Kolesnik Ukraynanın enerji infrastrukturuna zərbələrin dayandırılması ilə bağlı qərarı yalnız Rusiya Prezidenti Vladimir Putinin verə biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Kolesnik ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukraynanın bir-birinin enerji obyektlərinə zərbələr endirməmək barədə razılığa gəldiyi ilə bağlı açıqlamasını şərh edib.
Deputatın sözlərinə görə, Trampın bəyanatları yalnız sözlərdən ibarətdir və yekun qərarı Rusiya ali komandanlığı, Silahlı Qüvvələri və şəxsən Ali Baş Komandan qəbul edir.
Kolesnik Rusiyanın öz hərbi məqsədlərinin olduğunu və onları həyata keçirdiyini vurğulayıb. Onun sözlərinə görə, Ukrayna qışa qədər enerji obyektlərini bərpa etmək, daha sonra isə silah istehsalını yenidən genişləndirmək niyyətindədir.
22:09 14.09.2026
Oxunuş sayı: 45