Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var
Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Crossmedia.az xəbər veir ki, hadisə Alpout kəndində qeydə alınıb.
"VAZ-2109" və "Saipa" markalı avtomobillərin toqquşması nəticəsində avtomobillərdə olan 4 nəfər, 1985-ci il təvəllüdlü Mahmudov Elnur Nurəddin oğlu, 1996-cı il təvəllüdlü Məmmədiyəyeva Zemfira Vaqif qızı, 1974-cü il təvəllüdlü Abbasov Xələf Həsənağa oğlu və 1989-cu il təvəllüdlü Məmmədiyəyev Aydin Akif oglu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, A.Məmmədiyyevin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
22:34 14.09.2026
Oxunuş sayı: 44