BRICS sammitində kameralar arxasındakı görüntülər diqqət çəkib
BRICS sammitində liderlərin çıxışları ilə yanaşı, kameraların arxasında baş verən maraqlı anlar da diqqətdən yayınmayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə"Haber Global"məlumat yayıb.
İran Prezidenti Məsud Pezeşkianın çıxışı zamanı Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caiswalın qurumuş meyvə qutusu ilə mübarizəsi kameralara əks olunub.
Caiswalın qurumuş meyvələrdən yediyi, daha sonra barmaqlarını yaladığı və yenidən qutuya uzandığı görülüb. Sonda isə qutu onun əlindən alınıb.
Digər görüntülərdə Rusiya Prezidenti Vladimir Putinin arxasında əyləşən Hindistanın milli təhlükəsizlik müşaviri Ajit Dovalın da qurumuş meyvələrə diqqət yetirdiyi müşahidə olunub.
20:47 14.09.2026
Oxunuş sayı: 49