Rusiya deputatı Boris Consonu sərt ifadələrlə təhqir edib
Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov Böyük Britaniyanın keçmiş Baş naziri Boris Consonu sərt ifadələrlə tənqid edib.
Crossmedia.az xəbər verir ki, Milonov “Qovorit Moskva” radiostansiyasına açıqlamasında Consonu “tamamilə alçaq” adlandırıb və onun fikirlərinin dövlət səviyyəsində ciddi qəbul edilməsinin mənasız olduğunu bildirib. Deputat keçmiş baş nazirin öz xalqının etimadını itirdiyini də iddia edib.
Milonov həmçinin Consonun Ukraynada “Flamingo” raketlərinin istehsal edildiyi zavodu ziyarət etdiyini xatırladıb. O, Rusiya xüsusi xidmət orqanlarının zavodun yerini müəyyənləşdirəcəyinə və obyektə zərbə endiriləcəyinə ümid etdiyini deyib.
Qeyd edək ki, Conson sentyabrın 13-də Ukrayna-Polşa sərhədində Rusiya dronunun zərbəsi təhlükəsi ilə üzləşən Avropa nümayəndə heyətinin tərkibində olub. Hadisədən sonra o, Ukraynaya dəstəyin artırılmasına çağırış edib.
22:17 14.09.2026
Oxunuş sayı: 43