Suriyada yanacaq bahalaşmasına qarşı kütləvi etirazlar başlayıb
Suriyada yanacağın qiymətinin kəskin artırılmasından sonra Bəşər Əsədin devrilməsindən bəri ən böyük etiraz aksiyalarından biri başlayıb.
Crossmedia.az xəbər verir ki, “Reuters”in məlumatına görə, şənbə günü dizelin qiyməti 40 faiz, benzinin qiyməti 26–28 faiz, qazın qiyməti isə təxminən 9 faiz artırılıb. Ölkənin müxtəlif bölgələrində etirazçılar təkərlər yandırıb, əsas avtomobil yollarını, o cümlədən Dəməşq-Hələb yolunu bağlayıb və neft emalı zavodlarına gedən yanacaq daşıyan maşınların hərəkətinə mane olublar.
Etirazçılar energetika və iqtisadiyyat nazirlərinin istefasını tələb edirlər.
23:59 14.09.2026
Oxunuş sayı: 45