Azərbaycanın çimərlik güləşi millisi Dünya Seriyasının final mərhələsinə hazırlaşır
Azərbaycanın çimərlik güləşi üzrə millisi təlim-məşq toplanışına start verib.
Crossmedia.az xəbər verir ki,Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, yığma hazırlıqları AGF-nin təlim-məşq bazasında keçir.
Sentyabrın 23-dək davam edəcək hazırlıq prosesində yığmanın baş məşqçisi Oyan Nəzəriani və məşqçi İbrahim Yusubovun rəhbərliyi altında Rübail İbrahimli, Tunar Quliyev, Hüseyn Sevdimov (hamısı 70 kq), Vüsal Əliyev, Sahib Dadaşov, Nihad Süleymanlı (hamısı 80 kq), Əşrəf Aşırov, Elgün Kərimli (hər ikisi 90 kq) və Camal Feyziyev (+90 kq) iştirak edəcək.
Qeyd edək ki, toplanış sentyabrın 26-27-də Yunanıstanın Katerini şəhərində keçiriləcək Dünya Seriyasının final mərhələsinə hazırlıq xarakteri daşıyır.
Hazırlıq prosesinə cəlb edilən yeniyetmə güləşçilər isə noyabrda Seneqalın paytaxtı Dakarda təşkil ediləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarına hazırlaşır.
22:30 14.09.2026
Oxunuş sayı: 46