Tramp süni intellektə nəzarət üçün yüksək IQ-lu prezidentin kifayət etdiyini deyib
ABŞ Prezidenti Donald Tramp süni intellektin fəaliyyətinə nəzarət məsələsində yüksək intellekt əmsalına malik prezidentin əsas şərt olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Tramp süni intellektin yaratdığı potensial risklərin qarşısının alınması üçün ayrıca mürəkkəb mexanizmlərə ehtiyac olmadığını deyib.
Onun fikrincə, yüksək IQ-ya malik prezident süni intellekt sahəsində baş verən prosesləri qiymətləndirə və lazımi qərarlar qəbul edə bilər.
Tramp ABŞ-da belə bir prezidentin artıq olduğunu vurğulayıb. O, bu ifadə ilə özünü nəzərdə tutaraq ölkənin süni intellektlə bağlı siyasətinə nəzarət edə biləcəyini bildirib.
21:36 14.09.2026
Oxunuş sayı: 45