Marko Rubionun prezidentlik şansı yüksək qiymətləndirilir
ABŞ-nin dövlət katibi Marko Rubionun gələcəkdə ölkə prezidenti olmaq üçün yaxşı şanslara malik olduğu bildirilib.
Crossmedia.az xəbər verir ki, bunu Siyasi elmlər namizədi, Maliyyə Universitetinin dosenti İvan Pyatibratov “Qovorit Moskva” radiostansiyasının efirində deyib.
Onun sözlərinə görə, latın amerikalı köklərə malik Rubio ABŞ-dəki latın amerikalı seçicilərin dəstəyini qazana bilər.
Politoloq bildirib ki, Rubio artıq hazırkı prezident Donald Trampın bəzən işləməkdə çətinlik çəkdiyi seçici qrupları ilə əlaqələr qurur. O, vitse-prezident Cey Di Vensin milli azlıqlarla işləmək baxımından Rubio qədər təcrübəli olmadığını iddia edib.
Pyatibratov Rubionun idarəçi kimi də daha istedadlı olduğunu düşünür. Qeyd edək ki, daha əvvəl Vensin 2028-ci il prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi ola biləcəyi barədə fikirlər səsləndirilib.
22:23 14.09.2026
Oxunuş sayı: 47