Özbək deputatdan rusiyalı təbliğatçıya kəskin mesaj
Özbəkistanda “Yuksəliş” hərəkatının sədri və deputat Babur Bekmurodov rusiyalı təbliğatçı Vladimir Solovyovun Mərkəzi Asiyada mümkün “xüsusi əməliyyatlar”la bağlı açıqlamalarını kəskin tənqid edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Bekmurodov bildirib ki, beynəlxalq hüququ saya salmayan bu cür çağırışlar regiona köhnə imperiya doktrinalarını zorla qəbul etdirmək cəhdidir və həmin dövr artıq geridə qalıb.
Onun sözlərinə görə, Özbəkistanın sərhədləri ölkənin şərəf və ləyaqətidir və müstəqilliyə yönələn istənilən təhdid qətiyyətli və birgə cavabla qarşılanacaq.
19:37 12.01.2026
Oxunuş sayı: 2851