İranda etirazlar zamanı öldürülənlərin sayı min nəfəri ötüb
İranda etirazlar zamanı öldürülənlərin sayı min nəfəri keçib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Time" jurnalı məlumat yayıb.
Nəşrin məlumatına görə, dörd günlük internet kəsintisinə baxmayaraq, paylaşılan görüntülər təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı silahlı hücumlarının miqyasını göstərir.
İslam Respublikasının ritorikasına istinad edən qəzet yazır ki, SEPAH bazar günü öldürülənlərin sayının çox olduğunu göstərmək üçün onları İsrail və ABŞ tərəfindən ələ alınmış “terrorçular” kimi təqdim edib.
Nəşrin məlumatına görə, bu açıqlama İranda ictimai düşüncənin kütləvi qətllərə son qoymaq üçün ABŞ administrasiyasının hərbi əməliyyatlarını gözlədiyi bir vaxtda verilib. Bundan əvvəlki günlərdə SEPAH rəsmiləri dövlət televiziyasında küçələrə çıxan hər kəsi “vurulmağa hazır olmalı” olduğunu xəbərdar ediblər.
19:26 12.01.2026
Oxunuş sayı: 4302