Bu ölkələr ABŞ-yə qarşı əməkdaşlığı gücləndirir
ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının rəhbəri Aleksus Qrinkeviç bildirib ki, Rusiya, Çin, İran və Şimali Koreya ABŞ ilə qarşıdurmada maraqları üst-üstə düşdükcə qarşılıqlı əlaqə və əməkdaşlığı gücləndirirlər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, bu əməkdaşlıq xüsusilə Ukrayna məsələsində aydın şəkildə görünür.
General Qrinkeviç vurğulayıb ki, “Prezident Tramp dəhşətli müharibənin sülh yolu ilə həllini axtararkən, Çin Putinin müharibə maşınını maliyyələşdirir, İran texnologiya və silah tədarük etməyə davam edir, Şimali Koreyanın döyüş bölmələri isə Ukrayna ilə sərhəddə Rusiyanın tərəfindədir”.
Ekspertlərin fikrincə, bu ölkələrin birgə fəaliyyəti ABŞ və Qərb üçün strateji çağırışları artırır və regionda gərginliyi daha da gücləndirir.
Kübra Musayeva
19:03 12.01.2026
Oxunuş sayı: 2192