Rusiyanın raketlə hücumu zamanı Britaniyalı nazir həlak ola bilərdi
Böyük Britaniyanın müdafiə naziri Con Hili “Oreşnik” raketinin düşdüyü yerə yaxın olub.
Crossmedia.az bu barədə "The Sun" qəzetinə istinadən xəbər verir.
Con Hili Ukraynanın paytaxtı Kiyevə qatarla gedərkən, Rusiya ordusunun “Oreşnik” ballistik raketlə zərbə endirdiyi ərazinin yaxınlığından keçib.
Nazirin özü Kiyev istiqamətində hərəkət edən qatarının raket təhlükəsi səbəbilə təcili dayanma etdiyini deyərək narazılığını bildirib. Hili, “Hava hücumu siqnallarını eşidə biləcək qədər yaxında idik”, – deyə qeyd edib.
Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya “Oreşnik” raketi ilə Kiyevə hücum etmişdi.
Kübra Musayeva
18:56 12.01.2026
Oxunuş sayı: 2142