Rusiya iqtisadiyyatı tükənir - ŞOK STATİSTİKA
Rusiya Statistika İdarəsi (Rosstat) məlumatlarına və iqtisadi göstəricilərə görə, Rusiya iqtisadiyyatı ilin sonuna doğru durğunluğa yaxınlaşıb.
Crossmedia.az “Kommersant”a istinadən xəbər verir ki, əvvəllər ÜDM-in artımını dəstəkləyən şəxsi istehlak da tükənməyə başlayıb.
İqtisadi İnkişaf Nazirliyinin məlumatına əsasən, ilin ilk 11 ayında ÜDM artımı təqribən 1%, noyabrda isə cəmi 0,1% olub. Əsas fəaliyyət növləri üzrə mal və xidmətlərin istehsalı 2023-cü ilin fevralından bəri ilk dəfə olaraq 0,5% azalıb.
Yeganə artım sahəsi pərakəndə ticarətdə müşahidə olunub, lakin ekspertlər bunu 2026-cı ildə gözlənilən ƏDV artımı ərəfəsindəki həyəcanla əlaqələndirirlər. Eyni zamanda, özəl tələbat 3,5%-ə qədər azalıb, bu göstərici oktyabr ayının səviyyəsindən xeyli aşağıdır.
Ekspertlər vurğulayırlar ki, iqtisadi durğunluq tendensiyası Rusiya üçün ciddi xəbərdarlıqdır və yaxın gələcəkdə iqtisadiyyatın stabilliyi üçün tədbirlər görülməlidir.
Kübra Musayeva
15:05 12.01.2026
Oxunuş sayı: 1898