İranda ümumilli MATƏM ELAN EDİLİB
İran hökuməti ölkədə baş verən etirazlar zamanı həyatını itirənlər üçün üç günlük ümummilli matəm elan edib.
Crossmedia.az İran mediasına istinadən xəbər verir ki, rəsmi açıqlamaya görə, matəm müddətində bütün dövlət qurumlarında, məktəblərdə və digər ictimai yerlərdə matəm tədbirləri keçiriləcək, bayraqlar endiriləcək və ictimai fəaliyyətlərdə kəsintilər olacaq.
Qeyd olunur ki, matəm İran xalqına baş verən itkilərə hörmət əlaməti olaraq elan edilib. Son günlər ölkədə sosial və iqtisadi məsələlərlə bağlı geniş etiraz aksiyaları baş verib, bir çox şəhərdə insanlar küçələrə çıxaraq hökumətin siyasətinə etiraz ediblər. Etirazlar zamanı zorakılıq hadisələri baş verib və bir sıra iğtişaşlar zamanı xəsarət alanlar və həlak olanlar olub.
Kübra Musayeva
14:32 12.01.2026
Oxunuş sayı: 2276