İqor Tiaqo het-triklə "Brentford"u qalib edib - İngiltərə Premyer Liqası
İngiltərə Premyer Liqasında 20-ci turun oyunları keçirilib.
Crossmedia.az xəbər verir ki, "Everton" doğma meydanda "Brentford" ilə qarşılaşıb. Matç qonaq komandanın qələbəsi ilə başa çatıb. Hesab oyunun əvvəlində açılıb. Braziliyalı hücumçu İqor Tiaqo topu rəqib qapısından keçirib. "Arılar" ikinci hissəyə 1:0 hesablı üstünlüklə yollanıblar. 50-ci dəqiqədə Neytan Kollinz top fərqini 2-ə çıxarıb. Az sonra İqor Tiaqo dubl edib.(3:0) 66-cı dəqiqədə hücumçu Beto komandasının hesabına ilk qolu yazdırıb. 88-ci dəqiqədə İqor Tiaqo het-trik edib. Çox keçmədən Tierno Barri matçın son qolunu vurub. Beləliklə, "Brentford" səfərdə "Everton"u 4:2 hesabla məğlub edib.
Turnir cədvəlində "Arılar" 30 xalla 7-ci pillədə qərarlaşıb. "Everton" isə 2 xal fərqlə 12-ci sıradadır.
Türkanə Muradlı
21:43 04.01.2026
Oxunuş sayı: 2882