ABŞ Ukraynaya səfərlərlə bağlı xəbərdarlıq edib
ABŞ Dövlət Departamenti müharibə və hava hücumu təhlükəsi səbəbindən vətəndaşlarını Ukraynaya səfər etməməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, ABŞ Dövlət Departamenti bu barədə məlumat yayıb.
Ukrayna üçün ən yüksək təhlükə səviyyəsi olan “Level 4: Do Not Travel” xəbərdarlığı qüvvədədir.
Hazırda Ukraynada olan ABŞ vətəndaşlarına ölkədən dərhal çıxmağa hazır olmaq, şəxsi təxliyə planına malik olmaq və təhlükəsizlik vəziyyəti ilə bağlı məlumatları izləmək tövsiyə olunub. Onlara ABŞ hökumətinin təxliyə təşkil edəcəyinə güvənməmələri də bildirilib.
Dövlət Departamenti Rusiya tərəfindən həyata keçirilən raket və dron hücumlarının cəbhə xəttindən uzaqda yerləşən ərazilər də daxil olmaqla, Ukraynanın bütün ərazisi üçün təhlükə yarada biləcəyini qeyd edib.
ABŞ diplomatlarının ölkə daxilində hərəkəti ilə bağlı qaydalar da sərtləşdirilib. Bundan sonra Kiyevdən kənara çıxmaq üçün xüsusi icazə tələb olunur. Həmçinin ABŞ dövlət qulluqçularının ailə üzvlərinin Ukraynaya girişinə qadağa qoyulub.
12:17 29.08.2026
Oxunuş sayı: 56