Azərbaycanda sumonun inkişaf perspektivləri müzakirə edilib
Oktyabrın 19-da gənclər və idman naziri Fərid Qayıbov Beynəlxalq Sumo Federasiyasının prezidenti Hakuho Şo ilə görüşüb.
Bu barədə Crossmedia.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Görüşdə Azərbaycanda sumonun inkişaf perspektivləri, beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də bu idman növünün ölkəmizdə təşviqi və populyarlığının artırılması məsələləri müzakirə olunub.
Hakuho Şo sumo üzrə dünya çempionatının Azərbaycanda yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib.
15:54 19.10.2026
Oxunuş sayı: 55