Azərbaycanın karate komandası dünya çempionatını medal sıralamasında ilk "10-luq"da başa vurub
Azərbaycanın karate komandası Polşanın Bielsko-Biala şəhərində keçirilmiş dünya çempionatını medal sıralamasında ilk "10-luq"da başa vurub.
Bu barədə Crossmedia.az-a Azərbaycan Karate Federasiyasından məlumat verilib.
114 ölkənin mübarizə apardığı turnirdə Azərbaycan komandası 1 qızıl, 1 gümüş və 3 bürünc olmaqla ümumilikdə 5 medal qazanaraq 10-cu yerdə qərarlaşıb.
Xatırladaq ki, Şamo Kamilov (U-16, +70 kq) qızıl mükafata sahib çıxıb. Vüsal Qənbərov (U-18, 55 kq) gümüş, Rəsul Qənbərli (U-16, 52 kq), Nurlan Əlimuradov (U-16, 70 kq) və Rəşid Süleymanov (U-21, 75 kq) bürünc medal qazanıblar.
16:21 19.10.2026
Oxunuş sayı: 50