Stress səssizcə sağlamlığımızı necə məhv edir? Həkimdən ciddi xəbərdarlıq
Bəzən insan heç bir fiziki iş görmədən yorulur, gecələr yata bilmir, səhərlər isə özünü sanki bütün gecəni ağır işlə məşğul olmuş kimi hiss edir. Bəzən səbəbsiz baş ağrıları, əzələ gərginliyi, ürəkdöyünmə və halsızlıq gündəlik həyatın bir hissəsinə çevrilir. Biz isə çox vaxt bütün bunları yorğunluqla əlaqələndirib ötüb keçirik. Halbuki bədənimiz bəzən dilə gətirə bilmədiyimiz narahatlıqları özü ifadə etməyə çalışır. Gündəlik qayğılar, bitib-tükənməyən düşüncələr və daxili gərginlik yalnız ruh halımıza deyil, fiziki sağlamlığımıza da təsir göstərə bilər. Stress bir anlıq yaşanan narahatlıqdan ibarətdirmi, yoxsa zaman keçdikcə orqanizmimizdə daha dərin izlər buraxa bilər? Onun hansı əlamətlərini görməzdən gəlirik və stressin bədənimizə vurduğu zərərin qarşısını necə ala bilərik?

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən terapevt və kardioloq Nərminə Abbasova bildirib ki, stres faktoru ümumi olaraq bütün insan organizminə, həm fiziki, həm də ki sinir sisteminə ağır təsir edən bir faktordur: "Təəssüflər olsun ki, bu günkü həyat tərzimizdə, yaşayış tərzimizdə bu bizim çox tez-tez rastlaşdığımız bir problemdir və elə bir insan olmaz ki, bu stres faktoru ilə rastlaşmasın. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə belə, bu gün xəstəliklərin çoxunun inkişafına və yaranma səbəbinə birbaşa mənfi təsir edən bir faktordur. Doğrudur, o, infeksion virus xəstəliklərini əgər sıradan başlanğıc olaraq aidiyyatı olmadığını söyləyə bilərik, amma yenə də stres faktoruna görə immun sisteminin aşağı düşməsinə görə bu infeksion və virus xəstəliklərinin və xəstəliklərin də organizmə tez yoluxmasına səbəb olmasına birinci vurğulamaq mümkündür. Və stres faktorundan sonra xəstəliklərin sağalması gecikir.
İnsanların hal-hazırda hər gün rast gəldiyi bir problemlərlə hər birindən stres faktoru ilə, yəni stres faktoru ilə narahat olmaq mümkündür, olması mümkündür. Yaşadığımız həyat tərzimiz, gündəlik xəstəliklər, hər birindən stres ala bilirik və stresin qarşısının alınması ümumiyyətlə mümkün deyil, amma stres faktorunun organizmə vurduğu ağır deyək ki, travmalardan ancaq nisbətən sinir sisteminin müalicəsi üçün qəbul olunan dərman vasitələri ilə istər ağır formalı, istər yüngül formalı, hətta əsəb sakitləşdirici otlardan belə istifadə etməklə sinir sistemini sakitləşdirib, əsəb stres faktorunu nisbətən, nisbətən sakit halda demək, aradan qaldırmaq mümkündür.
Stres faktorunun organizmə buraxdığı çox dərin izlər davam edir ki, ən ağır xəstəliklərlə belə sonlanması olur. İnsanların həyatının sonuna qədər stres faktoru sağalmayan yaralar, deyək, yəni xəstəliklər əmələ gətirə bilir. Ümumiyyətlə stres faktorunun ən çox əmələ gətirdiyi sinir sistemi xəstəlikləri, qan-damar sistemi xəstəlikləri, əsasən arterial təzyiqi nəzərə, nəzərdə saxlamaq lazımdır, sonra ümumiyyətlə mübadilə pozğunluğundan ani olaraq aldığımız stresdən şəkərli diabetə yoluxmalar, bu da ən böyük faktorlardan biridir. Hal-hazırda dünyanı öz cənginə alan xərçəng xəstəliyi belə, streslə bağlı bir xəstəlik saymaq olar. Bəzən keçirilmiş ağır stresdən bir müddət sonra insanların xərçənglə narahat olduğu ortaya çıxır və demək olar ki, orqanizmdə hardasa 71 belə deyək ki, xəstəliyin oyanmasına bir böyük səbəb sırf stres faktorudur".
Həkim qeyd edib ki, stresin təkası nəticəsində yatan xroniki xəstəliklər ağırlaşmağa başlayır və bunun nə vaxtsa ağır stres keçirtdiyi ortaya çıxınca məlum olur ki, hansısa stresdən sonra bax bu cür ağır xəstəliklər baş qaldırır:
"Ümumiyyətlə, ən çox ürək-damar sisteminə təsiri ürək döyüntülərinin sayının artması ilə özünü büruzə verir. Yəni, bacardığımız qədər gündəlik yaşadığımız həyatda stresdən uzaq qalmağı hər bir kəsə tövsiyə edirəm".
Nuray Oqtayqızı
16:00 19.10.2026
Oxunuş sayı: 51