Rusiya Ukraynadakı limanlara zərbələr endirdiyini açıqladı
Rusiya Silahlı Qüvvələri Ukraynanın İzmayıl və Nikolayev limanlarına zərbələr endirib.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, zərbələr avqustun 28-i axşam və avqustun 29-u gecə saatlarında Ukrayna Silahlı Qüvvələrinin maraqları üçün istifadə olunan logistika mərkəzlərinə və dəniz limanlarına endirilib.
Rusiya Müdafiə Nazirliyi İzmayıl və Nikolayev limanlarında yanacaqdaşıyan avtomobillərin dayanacaqlarının və Ukrayna ordusu üçün nəzərdə tutulan yanacaq-sürtkü materiallarının boşaldıldığı məntəqələrin vurulduğunu bildirib.
Digər hədəflər
Məlumata görə, zərbələr nəticəsində həmçinin dəniz terminalı və logistika mərkəzi də zədələnib.
Rusiya Müdafiə Nazirliyi daha əvvəl avqustun 29-na keçən gecə Rusiyanın müxtəlif regionları üzərində 313 Ukrayna pilotsuz uçuş aparatının hava hücumundan müdafiə qüvvələri tərəfindən ələ keçirildiyini və məhv edildiyini açıqlamışdı.
11:39 29.08.2026
Oxunuş sayı: 54