Goranboy sakini güllələnərək öldürüldü - Saxlanılan var
Goranboyda güllələnmə hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun Bağçakürd kəndində qeydə alınıb.
İlkin məlumata görə, psixoloji problemləri olan 31 yaşlı Orxan Həsənov ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Qələndər Muradovu qətlə yetirib. Polisin keçirdiyi müvafiq tədbirlər nəticəsində O.Həsənov saxlanılıb.
Hadisə şəxsi münasibətlər zəminində qeydə alınıb.
13:48 16.10.2026
Oxunuş sayı: 90